125 kiloqram qızıl və gümüş oğurlandı

4 Mart 2015 18:47 (UTC+04:00)


Axar.az xəbər verir ki, TIR yolda dayanan zaman üç maskaslı şəxs təhlükəsizlik işçilərinə yaxınlaşaraq onları təsirsiz hala gətiriblər.

Şəxsiyyəti məlum olmayan oğrular TIR-da olan 125 kilo ağırlıqdakı qızıl və gümüşü ələ keçiriblər.

Oğurlanan qızıl və gümüşün 4.8 milyon dollar dəyərində olduğu təxmin edilir.

Ziyan dəymiş şirkət soyğunçuları tapan şəxsə 500 min dollar mükafat verəcəyi barədə məlumat yayıb.