Ermənistanda təlimlərə başladılar- Rus artilleriyaçılar

4 Mart 2015 19:53 (UTC+04:00)
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təlimlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə keçirilir və martın sonunadək davam edəcək.

Məşğələlər döyüş atışı ilə birlkdə artilleriyaçıların taktiki təlimləri ilə başa çatacaq. Bu zaman dağlıq ərazidə şərti düşmənin obyekt və canlı qüvvəsinin məhv edilməsi tapşırığı yerinə yetiriləcək.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.