“Prezidentin tapşırığı ilə operativ tədbirlər görüldü” - Başçı

5 Mart 2015 10:25 (UTC+04:00)


AzNews.az xəbər verir ki, müşavirədə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidaki icra nümayəndələri, bələdiyyələr, Mərkəzi Xəstəxanasının tabeliyində olan tibb məntəqələrinin həkimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İcra Hakimiyyətinin başçısı Alı Alıyev Respublika əhalisinin sağlamlığı məsələlərinin hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb.

Alı Alıyev qeyd edib ki, İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı bir məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır: "Ölkə başçısının tapşırığı cəbhə bölgəsində yerləşən Füzuli rayonunda böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüş, idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə iclas keçirilmişdir. Səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verilmiş, əhalinin tibbi müayinəsinin təşkil edilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradımışdır".

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Soltan Əliyev rayon ərazisindəki 40 yaşayış məntəqəsinin 28270 nəfər sakini 5 məntəqədə, Mərkəzi Xəstəxana, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirildiyini bildirib. Onun sözlərinə görə, bu günə kimi 9400 nəfər rayon sakini ambulator, 246 nəfər isə stasionar müalicəyə cəlb edilmiş, 82 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərindəki xəstəxanalara göndərilib.

Digər çıxış edənlər ölkə başçısının bu humanist təşəbbüsünün füzulililər tərəfindən minnətdarlıqla qarşılandığını bildiriblər.