Azərbaycanlı uşaqlar “Həyatla oyun”a baxacaq

5 Mart 2015 11:05 (UTC+04:00)


Bu barədə AzNews.az-a teatrdan məlumat verilib. Səfər ərəfəsində kollektiv teatrsevərlər qarşısında Arzu Soltanın "Həyatla oyun" tamaşası ilə çıxış edəcək.

Teatr mart ayının ilk həftəsində Hacıqabul, Sabirabad, İmişli, Saaatlı və Beyləqan rayonlarında nümayiş olunub. Hazırda isə kollektiv Astara və Lerik rayonlarında qastrol səfərdədir.


Qeyd edək ki, "Həyatla oyun" tamaşasının quruluşçu rejissoru İntiqam Soltandır.
Tamaşa Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az