İranlı diplomat azad edildi

5 Mart 2015 11:33 (UTC+04:00)



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Nur Əhməd Nikbaxt adlı diplomat 2013-cü il iyul ayının 21-də evdən işə gedərkən silahlı şəxslər tərəfindən Yəmənin paytaxtı Sana şəhərində oğurlanmışdı.

Sonradan onun başının kəsilməsi haqda informasiya yayılsa da bu, öz təsdiqini tapmamışdı.

Onun oğurlanmasını heç bir təşkilat öz üzərinə götürməyib.