Şumaxerin xəstəlik tarixçəsi oğurlandı

5 Mart 2015 11:51 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Bild" saytı yayıb.

Məlumata görə, oğurlanan sənədlər Şumaxeri müalicə edən həkimin kompüterində olub. Kompüterdə Şumaxerlə yanaşı digər pasiyentlərin, o cümlədən "Mercedes"in pilotu Niko Rosberqin də tarixçəsi olub.



Almaniya polisi bu qarətlə bağlı hazırda araşdırma aparır.

2013-cü ildə Fransanın Meribel kurort şəhərində xizək sürən zaman qəzaya düşən Mixail hazırda müalicə edilir.

O, başından aldığı zədəyə görə uzun müddətdir ki, komaya düşmüşdü.