Bakıda 21 dilənçi saxlanıldı

5 Mart 2015 13:27 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Saxlanılan şəxslər Nərimanov RPİ-nin 17-ci və 18-ci PB-ləri, Nəsimi RPİ və Çevik Polis Alayı əməkdaşları tərəfindən ələ keçirilib.

Onların barələrində protokol tərtib edilib və xəbərdarlıq edildikdən sonra buraxılıb.