Prezidentliyə namizəd imtahanından “2” aldı - Dövlət dili

5 Mart 2015 17:32 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İnterfaks" agentliyi yayıb.

Məlumatda deyilir ki, öz şəxsi təşəbbüsülə namizədliyini irəli sürən Əsgər Sırqabayev bu gün dövlət dilindən verdiyi imtahandan kəsilib.

Bu faktı Linqvistik Komissiyanın rəhbəri təsdiq edib: "Prezidentliyə namizəd Əsgər Sırqabayev dövlət dilini bilmir".

Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının fevral ayının 26-da verdiyi qərarla aprel ayının 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
İndiyədək bu postu tutmaq üçün 5 nəfərin namizədliyi irəli sürülüb.