Razi Nurullayev: “Parlament seçkilərində iştirak edəcəm”

5 Mart 2015 17:56 (UTC+04:00)
Bunu AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev deyib.

Onun açıqlamasına görə, namizədliyini hələ hansı dairədən irəli sürəcəyini müəyyən etməyib.

Razi Nurullayevin fikrincə, siyasətçi seçkidən kənarda qalırsa, o zaman özünə başqa bir sənət seçməlidir.


Xatırladaq ki, Razi Nurullayev bir neçə gün öncə Xalq Cəbhəsi Partiyasından istefa verdiyini bəyan edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə mətbuata Razi Nurullayevin Xalq Cəbhəsi Partiyasının sədr müavinliyindən sədrin sərəncamı ilə uzaqlaşdırıldığını bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az