Davudoğlu ABŞ-da bəyanat verdi- VİDEO (YENİLƏNİB)

5 Mart 2015 22:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.
Davudoğlu çıxışında dolların yüksəlişi ilə bağlı "Bütün qurumlarımız lazımi tədbirləri görür. Hökumət olaraq təlimat verdik" sözlərini deyib.

"İraqdakı bütün tərəflərlə əməkdaşlığımız davam edir. Türkiyənin mövqeyi bəllidir. Kiprli yunanlar danışıqlar masasına qayıtmalıdır. Türkiyənin necə bir kömək etdiyi ortadadır. Beynəlxalq terrorizm məsələsində bizim mövqeyimiz çox açıqdır. Türkiyə onsuz da terrordan zərər çəkmiş bir ölkədir. Biz heç vaxt terror təşkilatlarının sərhədlərimizə yaxınlaşmasına izn verməmişik. Suriya ilə İraqın Türkiyə ilə çox böyük bir sərhəd xətti var. O ölkələrdə hər hansı bir hakimiyyət yoxdur. Nyu-Yorkda oturaraq vəziyyətə qiymət vermək, Türkiyənin sərhədləri haqqında danışmaq düzgün deyil. Terror qruplarını deportasiya etmək üçün kəşfiyyata ehtiyacımız var. Bu baxımdan biz başqa ölkələrin kəşfiyyatı ilə çalışmağa hazırıq.
Türkiyənin Şah Fərat əməliyyatı ilə bağlı biz BMT-yə məlumat vermişdik. Şah Fəratın olduğu torpaqlar türk torpaqlarıdır. Bu türbənin yeri 3 dəfə dəyişdirilib. Bu əməliyyat BMT-də qeydiyyatdan keçib.

Nyu-Yorka səfərim əvvəlcədən planlaşdırılan bir səfər idi. Səfərimizin əsas məqsədi Türkiyədəki iqtisadi strategiya mövzusunda beynəlxalq investorları məlumatlandırmaqdır", - deyə Davudoğlu bildirib.

***
22:02



Türkiyənin Baş naziri Əhməd Davudoğlu BMT-nin Baş katibi Pan Gi Munla görüşüb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Məlumatda deyilir ki, ABŞ-da görüşlərini davam etdirən Baş nazir bugünkü proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Baş ofisində Pan Gi Munla görüş keçirib.

Görüş mətbuat üçün qapalı olub.
Davudoğlunun görüşdən sonra jurnalistlər üçün təşkil olunacaq mətbuat konfransında bəyanat verəcəyi gözlənilir.