19 yaşlı qız 36 yaşlı sevgilisini öldürdü- FOTOLAR

5 Mart 2015 22:05 (UTC+04:00)



Məlumata görə, 19 yaşlı Helin D. adlı gənc qız 3 ay əvvəl barda birlikdə çalışdığı sevgilisi, 36 yaşlı Fərid Dəmirin evində qalmağa qərar verib. Ancaq Helin D. aralarında çıxan mübahisəyə görə evdən ayrılmaq istəyib. Fərid isə sevgilisinin evdən ayrılmasına imkan verməyib. Bu zaman qız əsəbiləşərək Fəridin silahı ilə sevgilisini vurub. Bütün bunlar Helin D.-nin evdə olan 17 yaşlı bacısı G.D.-nin gözləri önündə baş verib.

Hadisədən sonra Helin D. Bayraqlı Polis Mərkəzinə gedərək "Sevgilimi öldürdüm" deyərək silahı təhvil verib. Polis evə gedəndə Fərid Dəmirin cəsədi ilə qarşılaşıb. Nəzarətə alınan şübhəli Helin D. bacısı ilə sorğu-sual olunmaq üçün Cinayət Büro Mərkəzinə göndərilib.
Hadisə ilə bağlı istintaqın davam etdiyi deyilir.