“Merecedes” yol ayrıcı səddə çırpıldı – Yaralı var
6 Mart 2015 09:20 (UTC+04:00)
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin maşında ayağı sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər vətəndaşı deformasiyaya uğrayan avtomobildən müvafiq qaydada çıxarıblar.