Tanınmış xanımlar 8 Martda gül və ətirdən imtina etdi - FOTO

6 Mart 2015 11:00 (UTC+04:00)
"Əli və Nino" kitab mağazalar şəbəkəsi 8 Martla əlaqəli maraqlı bir aksiya keçirir.


Əgər hədiyyə almaq istəyirsizsə, öz sevdiklərinizə kitab hədiyyə edin, hisslərinizi kitabla ifadə edin. Kitab hədiyyələrin ən dəyərlisidir. Ən önəmlisi isə Azərbaycanda kitab hədiyyə etmək mədəniyyətini inkişaf etdirin. İnsanlar ancaq oxumaqla kamilləşə bilərlər. Güllər vaxt keçdikcə sola, ətir isə tükənə bilər. Yalnız dərin hisslərlə hədiyyə olunmuş kitab, uzun illər keçsə də hər zaman yanınızda olacaq, səmimi xatirələri yada salacaq.