Tıxacların qarşısı alınacaq - Dəyişiklik

6 Mart 2015 11:05 (UTC+04:00)



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Dəyişikliyi etməkdə əsas məqsəd paytaxtda avtomobil sıxlığının qarşısını almaq məqsədini daşıyır.

Bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb.
Belə ki, A.Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədi ilə svetoforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb.

Bundan başqa, svetoforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələri də aradan qaldırıb.