Dünən 44 cinayətkar tutuldu – Azərbaycanda

6 Mart 2015 12:49 (UTC+04:00)



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 44 nəfər tutulub.