“Məmurun qəbuluna gedirsən, qabağını polis kəsir”- Millət vəkili

6 Mart 2015 14:53 (UTC+04:00)

"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib.

O, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib və bildirib ki, kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikayətçinin adı da yazılmır:

"Bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir. Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilmərsən".

Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.