“Elə yuxuda olarkən qaraciyəri dağılıb” – Aktyorun dostu

6 Mart 2015 14:59 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında Ruslanın dostu, aktyor Kamran Yunus deyib.
O bildirib ki, Ruslan Nəsirov "Qurd qapısı" qəbristanlığında dəfn olunacaq: "Ruslan gecə saat 1-ə kimi televizora baxıb, sonra isə yatıb. Elə yuxuda olarkən qaraciyəri dağılıb və nəticədə dünyasını dəyişib. Onun ölümü dublyaj sənəti üçün böyük itkidir. Ruslan bu sahədə çox böyük işlər görüb. Bir sənətkar da bu həyatdan belə köçdü".
Xatırladaq ki, R.Nəsirov Azərbaycan Televiziyasının Dublyaj redaksiyasında çalışıb.

Bahar RÜSTƏMLİ
AzNews.az