“Böyüməyən uşaqlar” kitabı 3 dildə xaricdə yenidən nəşr ediləcək

6 Mart 2015 15:59 (UTC+04:00)
Bu barədə TİKA-dan məlumat verilib.

Yenidən çap olunacaq kitablar aprelin 24-də Çanaqqalaya gələcək əcnəbi qonaqlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə "Böyüməyən uşaqla" kitabı 1000 tirajla Azərbaycanda çap olunub. Ardınca, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstətyi ilə ingilis və türk dillərində hər biri 2500 olmaqla Türkiyədə, 2000 tirajla isə alman dilində Almaniyada çap olunub.

"Böyüməyən uşaqlar" kitabına olan tələbata görə yaxın zamanlarda rus, fransız və erməni dillərində çap olunması nəzərdə tutulur.

"Böyüməyən uşaqlar" kitabının müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Kitab Xocalı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.