“Range Rover”dən 80 min dollar oğurlandı

6 Mart 2015 16:25 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Peterburqun sürücüsü" saytı yayıb. Məlumata görə, 66 yaşlı təqaüdçünün idarə etdiyi "Range Rover" avtomobilindən 80 min dollar (4.9 milyon rubl) oğurlamaq üçün adi bir yol qəzası düşünülüb. Hadisə Paraşütnaya küçəsində qeydə alınıb. Belə ki, "Audi" minik avtomobili "Range Rover"ə çırpılıb. "Audi"də olan 3 maskalı şəxs maşından çıxaraq təqaüdçünün sifətinə kiçik balondan qaz vuraraq onu döyüblər. Nəticədə avtomobilin salonundan içində pul olan portfeli götürərək aradan çıxıblar. Məlum olub ki, həmin pul təqaüdçüyə İsraildə əməliyyat edilmək üçün lazım olub.