Fəhlələrin mahnı sifarişi qan saldı

6 Mart 2015 18:30 (UTC+04:00)


Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Yaşıl ada" kafesinə gələn müştərilər arasında dava düşüb.

Sabunçu Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, kafedə Ağdam sakini Vüqar Quliyev sifariş verdiyi yeməyə mahnı ilə rəng qatıb. O, özü üçün musiqi sifariş verərək dinləyirmiş.

Bu zaman başqa bir müştəri - Ramil Mayılov müsiqiçilərə yaxınlaşaraq ayrı mahnı sifariş verib. Sifarişinin yarıda kəsilməsinə əsəbləşən V.Quliyev bıçaqla Ramilə ağır xəsarət yetirib.

Sabunçu RPİ-nin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Quliyev tutulub.

Maraqlıdır ki, hər iki şəxs fəhləliklə məşğul olur.