İdmançımız birinci oldu

6 Mart 2015 21:03 (UTC+04:00)


"Qafqazinfo" xəbər verir ki, O.Piunov finalda 54.640 bal toplayıb ki, bu da onun qalib olması üçün kifayət edib. İkinci yeri Türkiyə təmsilçisi Gorkan Mutlu (54.360 bal), üçüncü yeri isə portuqaliyalı Pedro Ribeyro Ferreyra (53.765 bal) tutub.

Qarışıq cütlüklərin yarışmasında isə Azərbaycanın aerobika cütlüyü Yekaterina Kotlyarova - Timur Ələkbərov bürünc medal qazanıb. Qızıl İspaniyadan olan cütlüyə, gümüş medal isə Rumıniya təmsilçilərinə qismət olub.