Bakıda ev yandı

7 Mart 2015 09:10 (UTC+04:00)


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv. m olan ikiotaqlı və digər vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.


Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.