500 nəfər dinc sakinin cəsədi tapıldı - Debaltsevoda

7 Mart 2015 10:50 (UTC+04:00)

AzNews.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Prauer Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

Onun sözlərinə görə, hesabatda Debaltsevoda qalmış yüzlərlə adsız qurban hesaba alınmayıb. Ötən ay mühasirələrin açılmasından sonra atışmadan qorunmaq üçün evlərdə, zirzəmilərdə gizlənmiş 500-ə yaxın insanın cəsədi tapılıb.


ABŞ nümayəndəsi deyib ki, BMT-nin insan haqları üzrə baş katibi bu faktları nəzərə almayıb.

Qeyd edək ki, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5300 nəfərdən çox insan öldürülüb.