Millət vəkili Avropa oyunlarına görə vətəndaşlara müraciət etdi

7 Mart 2015 12:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, millət vəkili sosial şəbəkədə həmin ittihamları qarayaxma kampaniyası adlandırıb: "Hər birinizi, ölkəmizə qarşı aparılan qarayaxma kompaniyasına münasibət bildirməyə dəvət edirəm. Hansısa bir ölkədə olimpiadanın keçirilməsi üçün həmin ölkə iqtisadi baxımdan bu yükü çiyninə götürə bilməlidir. Digər tərəfdən onun buna mənəvi haqqı olmalıdır.

Yəni, ölkə özünün müasirliyi, tolerantlığı və sivilliyilə fərqlənməlidir. Azərbaycanın Avropa yay oyunlarına ev sahibliyi etməsi ölkəmizin bütün bu standartlara cavab verməsinin göstəricisidir. Bizi gözü götürməyənləri də narahat edən budur ki, elə də böyük olmayan bir müsəlman ölkəsi niyə qısa bir zamanda bu cür standartlara yiyələnə bildi? Nədən Avropanın qos-qoca ölkələri dura-dura ilk Avropa oyunları Azərbaycanda keçirilir? Olimpiya oyunları qabağı ölkəmizə qarşı aparılan qaryaxma kampaniyası məhz bundan irəli gəlir".