Nemtsovun adına küçə olacaq - Rusiyada

7 Mart 2015 13:01 (UTC+04:00)


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yekaterinburqun meri Yevgeni Royzman sözügedən məsələ ilə bağlı Yekaterinburq şəhərinin deputatı Dmitri Qolovinin bu fikrini dəstəkləyib.

Royzman bu təklifə şəhər Duması tərəfindən baxılmalı olduğunu qeyd edib:
"Yekaterinburq inkişaf edir, yeni küçələr yaranır. Biz bu məsələ üzərində düşünəcəyik".

Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində öldürülüb.