Ölən hərbçi mer seçildi - ABŞ-da kuryoz hadisə

7 Mart 2015 13:14 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "NECN" saytı yayıb.

Məlumata görə, hadisə şəhər merinin seçkiləri zamanı baş verib. Belə ki, merə əsas namizəd sayılan 55 yaşlı Kevin Tarrant seçki ərəfəsində gözlənilmədən öz evində ürək çatışmazlığından dünyasını dəyişib.

Bu haqda isə seçicilərə heç bir məlumat verilməyib. Adı bülletendə olan mərhum isə qalib olub.

İndi şəhər rəhbərliyi bu vəziyyətdən çıxmağın yollarını arayır.

Qeyd edək ki, Kevin Tarrant 20 ildir ki, ABŞ silahlı qüvvələrində xidmət edib.