Polis oğluna hədiyyə almaq istədi – Qarətçilər tərəfindən öldürüldü

7 Mart 2015 13:24 (UTC+04:00)


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Filadelfiyada polis zabiti olan Robert Uilson oğlunun doğum gününə hədiyyə almaq üçün mağazaya daxil olub.

Bu zaman iki nəfər silahlı şəxs mağazaya girib. Polisi görən qarətçilər ona atəş açmağa başlayıblar. Polis onlara müqavimət göstərməyə çalışıb və birini yaralayıb. Lakin aldığı ciddi yaralar səbəbindən Uilson dünyasını dəyişib.


Qarətçilər digər polis əməkdaşları tərəfindən saxlanılıb. Ramon Uilyams və Karlton Xips adlı cinayətkarlar əvvəllər də qarət və ölümə görə həbs olunublar.