Mirmahmud Mirəlioğlunun müavini polisə aparıldı - Açıqlama

7 Mart 2015 13:39 (UTC+04:00)

Bu barədə AzNews.az-a KXCP-nin sədr müavini Xəzər Teyyublunun özü məlumat verib. Onun sözlərinə görə, hadisə Qudaba KXCP-nin qanuni zona müşavirəsi keçirilərkən olub:
"Bu gün KXCP-nin Quba rayon müşavirəsini keçirirdik. Quba rayon Polis Şöbəsi rəisinin müavini Arzu Rzayevin başçılığı ilə 30-dək polis əməkdaşı müşavirə keçirdiyimiz məkana gəlib KXCP-nin qanuni tədbirini dağıtdılar. Hazırda isə məni saxlayaraq Quba rayon Polis Şöbəsinə aparırlar".



Bahar RÜSTƏMLİ
AzNews.az