“Cəsarətinizlə bunları haqq etmisiniz“ - İqbal Ağazadə

7 Mart 2015 14:21 (UTC+04:00)


AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanımlar, əziz analar və bacılar, sizi 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm!

Əziz qadınlar, sizlərə uzun ömür, cansağlığı, sevdiklərinizlə birlikdə firavan, xoşbəxt və rahat həyat sürmənizi arzulayıram. Sizlər buna layiqsiniz və öz ağlınızla, mətanətinizlə, sədaqətinizlə, cəsarətinizlə, əqidənizlə bunları haqq etmisiniz.

Son illər bütün dünyada olduğu kimi ölkəmizdə də qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu getdikcə artmaqdadır. Bizim üçün xüsusilə xoşdur ki, Azərbaycan qadınları da ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal şəkildə iştirak edirlər.

Ananın, qadının cəmiyyətdəki yeri əvəzedilməzdir. Qadınların olduğu yerdə ədalət, əxlaq, fayda, qayda –qanun, cəmiyyətin inkişafı var. Biz elə bir cəmiyyət qurmalıyıq ki, məhz cəmiyyət bu dəyərlərə, bu prinsiplərə söykənsin. Bunun üçün sizlərin daha da aktiv, qurucu, yaradıcı, prinsipial olmağınızı və enerjinizin, zamanınızın daha çox hissəsini bu işlərə ayırmağınızı arzulayıram.

Bir daha sizləri bayram münasibəti ilə təbrik edirəm!"