Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri başa çatdı

7 Mart 2015 18:50 (UTC+04:00)


APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.