49 nəfərdən ibarət balıqçı gəmisi itkin düşdü- Sakit okeanda

7 Mart 2015 21:22 (UTC+04:00)


Trend TASS xəbər agentliyinə istinadan məlumat verir ki, heyəti 49 nəfərdən ibarət olan gəmi ilə əlaqə fervalın 26-sı itib. Həmin gün kapitan gəmidə zədə aşkar olunduğu haqda məlumat verib. Verilən məlumata görə, gəmidə 11 Çin, 2 Tayvan, 21 İndoneziya, 13 Fillipin və 2 Vyetnam vətəndəşı var idi.

Balıqçılar yollarına yanvar ayında başlayıblar, onların qayıdışı may ayına planlaşdırılırdı.