Kabildə məscidə silahlı hücum- 5 ölü, 6 yaralı

7 Mart 2015 21:50 (UTC+04:00)
Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlı şəxslərin məscidə hücumu nəticəsində 5 nəfər ölüb.

APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində daha 6 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.