Polisin törətdiyi qəza barədə- FHN-dən açıqlama

7 Mart 2015 22:48 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu ərazisində "VAZ" və "Toyota" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.


FHN-dən AzNews.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:20-də başa çatıb.