4 günəşli planet kəşf edildi- FOTO

8 Mart 2015 13:25 (UTC+04:00)
Elm adamları 4 ulduzlu sistemdə yeni planet kəşf edildiyini açıqlayıblar.

Trend xarici mətbuata istinadən məlumat verir ki, NASA tərəfindən aparılan araşdırmaya əsasən, "30 Ari b" adı verilən planet Yerdən 136 işıq ili (1 işıq ili = təqribən 10 trilyon kilometr) uzaqlıqda yerləşir.

4 ulduzlu "30 Ari" sistemində yer alan "30 Ari b" planetinin insan yaşayışına uyğun olmadığını bildirirlər. Yupiterdən 10 dəfə böyük olan bu planetin öz əsas ulduzu ətrafında dövr etməsi 335 gün çəkir.

Araşdırmaya görə, günəşlərin dördünü də həmin planetdən görmək olur.