Sabaha olan hava proqnozu

8 Mart 2015 14:44 (UTC+04:00)
Martın 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, gecə arabir 23 m/s-dək gücləncək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti.

Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 % təşkil edəcək.

rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Dağlarda gecə 4-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir