Putindən 8 martla bağlı qəribə addım- FOTOLAR

8 Mart 2015 15:44 (UTC+04:00)



AzNews.az xəbər verir ki, dəvət edilənlər Rusiyanın incəsənət, elm, idman sahəsində uğur qazanan və "Rusiya Qəhrəmanı" adına layiq görülənlərin anaları olub.

Görüşdə Putin Rusiya qadınlarını bu bayram münasibətilə təbrik edib.
Kreml ənənəsinə görə, Putinlə şəkil çəkdirilən zaman heç həs boyca ondan hündür olmamalıdır. Bu, məhz Putin və onun ətrafı tərəfindən düşünülən bir ənənədir.
Şəkildən görünür ki, boyu 170 sm-dən artıq olan bir qadın Putinin kürəyi arxasında gizlənməyə çalışır.

Kremlə dəvət edilən qadınların soyadları da bəlli olub:
Məşhur pianoçu Denis Maçuyevin anası İrina Qomelskaya, 5 qat Olimpiya çempionu Anastasiya Davıdovanın anası Mariya Davıdova, balerina Svetlana Zaxarovanın anası Qalina Zaxarova, aktyor Yevgeni Mironovun anası Tamara Mironova, paralimpiya çempionunun anası İrina Petuşkova, həmçinin insanları xilas edən zaman həlak olan 3 hərbçinin (Sergey Aşixmin, Mark Yevtyuxin və Sergey Solneçnikov) anaları.