Avtomobil qəzasına düşən körpə 14 saat sonra hadisə yerində sağ tapıldı

9 Mart 2015 09:50 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, qəza zamanı avtomobil körpüdən aşağı düşdüyü üçün yoldan ötənlər hadisədən xəbər tuta bilməyiblər. Qəzadan ilk xəbər tutan isə, çay kənarında balıq ovuna çıxan şəxs olub.

Həkimlər körpənin avtomobildə buz kimi suyun üzərində avto-kürsüdən asılı vəziyyətdə olduğunu görüblər. Hazırda onun vəziyyəti stabil hesab olunur. Lakin qəza zamanı körpənin anası dünyasını dəyişib.

Polisin qəzanın hansı şəraitdə baş verdiyini müəyyənləşdirməkdə çətinlik çəkir.