Bakıda 8 mart günü sevgilisini öldürdü

9 Mart 2015 13:45 (UTC+04:00)



AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilən meyiti mənzilində tapılıb.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş, onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.