Bayram günləri yol qəzalarında 6 nəfər öldü

9 Mart 2015 14:05 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, şənbə və bazar günləri Azərbaycan yollarında 12 yol qəzası baş verib. Nəticədə 6 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, martın 7-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Martın 8-də ba vermiş 5 yol qəzası qeydə alınıb. Bu zaman 2 nəfər ölüb, 11 nəfər yaralanıb.