Bakıda “Milli Ön“ terminalından 1430 manat oğurlandı
9 Mart 2015 14:20 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, martın 6-da N.Nərimanov prospektində yerləşən "Komtec LTD" MMC-nin qarşısında quraşdırılmış "Milli Ön" terminalından 1430 manat oğurlanıb.
Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.