İŞİD şəhərin girişinə əsgər cəsədləri asdı- FOTOLAR

9 Mart 2015 15:30 (UTC+04:00)
Bunlar terror təşkilatının daha əvvəl qəfəsə salıb gəzdirdiyi peşmərgə əsgərləri olub.
Bununla da İŞİD İraqın Kərkük əyalətində şəhərə gələnlərə gözdağı verməyə çalışıb.

Asılan cəsədlərin üzərindəki kamuflyaj paltarlarından bilinir ki, öldürülənlərin İraq ordusuna bağlı əsgərlərdir.

Obyektivlərə əks olunan bu vəhşilik ötən ay İŞİD militanlarını yerdə sürüyən peşmərgə güclərinə qarşı reallaşdırılmış bir intiqam aktı kimi qiymətləndirilir.

Musavat.com-un məlumatına görə, International Business Times -in yaydığı bir iddiaya görə, ABŞ-ın İraq əsgərlərini öyrədib Mosulu geri alması ehtimalına qarşı İŞİD yeni bazası olaraq Haviya şəhərini seçib.

Asılan şəxslərin yanında isə vəhşi edamları ilə tanınan tanış bir sifət olub. Bu, Əbu əl Rəhmandır.

Əbu əl Rəhman daha əvvəl dəfələrlə , İŞİD bayrağı qarşısında əli silahlı miltanlarla kamera qarşısına keçib, kəsik başların qarşısında soyuqqanlı bir şəkildə poza verib.