Saatlıda 4 otaqlı ev yandı

9 Mart 2015 20:49 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Dəlilər kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavan hissəsi 14 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.