İŞİD-i bu ordu məhv edəcək

9 Mart 2015 21:31 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, iclasda Yəməndə və Liviyada İŞİD-lə bağlı qruplaşmaların fəallaşması xarici işlər nazirlərinin əsas müzakirə obyekti olub.

Bu baxımdan Əl-Ərəbi terrora və terrorçu qruplaşmaların fəaliyyətinə qarşı mübarizə aparacaq geniş-funksiyalı Ərəb-çevik qüvvələrinin yaradılmasının vacibliyini qeyd edib.

Müəmmər Qəddafi hakimiyyətinin devrilməsindən sonra, Liviyada hərc-mərclik hökm sürür, ölkənin ayrı-ayrı bölgələrini 2 müxtəlif hökümət idarə edir, eyni zamanda silahlılar bir sıra əyalətləri ələ keçirib. Tripoli ötən yay İŞİD-in idarəçiliyinə keçdiyindən beynəlxalq ictimaiyyətin tanıdığı Liviya höküməti ölkənin şərqində yerləşməli olub.

Oxşar vəziyyət Yəməndə müşahidə olunur. Ərəb baharından sonra davam edən böhran Yəmənin parçalanması və ölkədə məzhəblərarası müharibə təhlükəsi yaranıb.