Mehriban Əliyeva Putinin köməkçisi ilə görüşdü - FOTOLAR

10 Mart 2015 09:39 (UTC+04:00)


Görüşdə bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib. Rusiya idmançılarının birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını qeyd edən İqor Levitin ölkəsinin bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa müddət ərzində böyük işlər görüldüyünü, paytaxtımızın belə möhtəşəm idman bayramına ev sahibliyi etməsindən məmnunluğunu bildirib.

Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən, idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva qarşıdakı birinci Avropa Oyunlarında iştirak edəcək hər bir kəsə uğurlar arzulayıb. Bu ərəfədə Avropanın bir sıra şəhərlərində "Bakı-2015"in təqdimatlarının keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti hamının Bakıda təşkil olunacaq yarışlardan böyük zövq alacağına əminliyini ifadə edib.