15 mart mitinqi ilə bağlı BŞİH-dən Açıqlama

10 Mart 2015 16:17 (UTC+04:00)


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov AzNews.az-a Milli Şuranın martın 15-nə planlaşdırdığı mitinqlə bağlı müraciət məktubuna baxıldığını deyib.

"Məktubun cavabı hazır olan kimi bu barədə açıqlama veriləcək", - deyə BŞİH-in rəsmisi bildirib.

Xatırladaq ki, Milli Şura martın 15-də mitinq keçirəcəyini bəyan edib.

Bahar RÜSTƏMLİ
AzNews.az