“Ondan ötrü həyatımı verərəm” - Kadırovdan Putin açıqlaması

10 Mart 2015 16:39 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, özünün Facebook səhifəsində status yazan çeçen lider yenidən Putinə sədaqətli olduğunu deyib.

"Hörmətli dostlar. Mən "Şərəf" ordeni almağım münasibətilə dostlarımdan saysız-hesabsız təbriklər alıram. Yazanlar içərisində rusiyalılarla yanaşı xarici ölkə vətəndaşları da var. Hamıya "sağ olun" deyirəm. Mən Rusiya prezidenti Vladimir Putinə əməyimə verdiyi qiymətə görə sonzuz minnətdarlığımı bildirirəm. Bir daha bəyan edirəm ki, Çeçenistanda sülhün bərqərar edilməsi birbaşa Pitinin xidmətləri sayəsində baş verib. O, mənim xalqım üçün çox böyük işlər görüb. İstər o prezident olsun, istərsə də adi vətəndaş, mən onun sadiq silahdaşıyam. Belə insan üçün həyatını verməyə dəyər. Onun bütün tapşırıqlarını can-başla həmişə yerinə yetirməyə hazıram. Rusiyaya və xalqa xidmət edirəm", - deyə Kadırov vurğulayıb.

Qeyd edək ki, Vladimir Putin mart ayının 8-də Ramzan Kadırovu "Şərəf" ordeni ilə təltif edib.

Putinin mətbuat xidməti isə bu sərəncamın verildiyi tarixin Boris Nemtsovun qatillərinin tutulması ilə təsadüfən üst-üstə düşdüyünü qeyd edib.