Azərbaycanda 2 yük avtomobili toqquşdu - Xəsarət alan var

11 Mart 2015 08:59 (UTC+04:00)


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Siyəzən rayonunun Gilgilçay kəndində qeydə alınıb.

"MAN" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.


Nəticədə "MAN" markalı yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər xəsarət alanı avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər.