Bakıda mənzildə ev əşyaları yandı
11 Mart 2015 09:17 (UTC+04:00)
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan bir mərtəbəli 3 otaqlı evinin yanar konstruksiyası və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.