“Çelsi“ bu gün PSJ-ni sınağa çəkəcək

11 Mart 2015 09:19 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma baş tutacaq.

"Bavariya" doğma meydanında Ukraynanın Şaxtyor" (Donetsk) klubunu sınağa çəkəcək.
Qeyd edək ki, bu cütün ilk oyunu qolsuz bərabərliklə sona çatmışdı.

Ən maraqlı oyun isə London şəhərində keçiriləcək. Milyarder Roman Abramoviçin komandası PSJ ilə oynayacaq. Bu cütün də ilk oyununda bərabərlik qeydə alınmışdı. Ancaq burada qapıların hər birinə bir top vurulmuşdu.

11 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
(İlk oyun - 0:0)

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
(İlk oyun - 1:1)