“Mövsümün sonunadək müsahibə verməyəcəyəm” – Ronaldonun etirazı

11 Mart 2015 10:36 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu sözləri "İspaniyanın "Real Madrid" futbol klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo deyib.

Dünən Çempionlar Liqasının 1/8 final oyunları çərçivəsində "Real Madrid" doğma meydanında Almaniyanın "Şalke" komandasına 3-4 hesabı ilə uduzub. Bu məğlubiyyət "Qızıl Top"un sahibi Ronaldonu bərk əzəbiləşdirib. Hətta, o, oyun zamnaı Kərim Benzema ilə də mübahisə edib.

Final səsindən sonra Ronaldo digər oyunçulara da öz iradını bildirib.

Qeyd edək ki, həmin oyunda Ronaldo 2 top vurub. "Real Madrid" isə məğlubiyyətə baxmayaraq növbəti mərhələyə adlayıb.